Qazaxıstan ordusunun dörd BTR-80 zirehli personal daşıyıcısı “Mərkəz-2015” təliminin ikinci mərhələsi zamanı Aktau yaxınlığında Xəzər dənizində batıb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisə zamanı Qazaxıstan ordusunun dörd müddətdən artıq hərbi qulluqçusu ölüb.
“Güclü külək və dalğalar görə dənizdə 4 ədəd BTR-80 zirehli personal daşıyıcısı batıb”, - Qazaxıstan Müdafiə nazirliyinin məlumatında bildirilir.
Qazaxıstan hərbiçiləri dəqiqləşdirirlər ki, insident Oymaş poliqonu yaxınlığında baş verib.
Ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov hadisənin səbəblərinin araşdırılması üçün xüsusi qrupun yaradılması barədə tapşırıq verib.