Qazaxıstanda təngənni kursu ABŞ dollarına nisbətən kəskin şəkildə düşüb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, hal-hazırda dolları 198 təngə/1 dollar kursu ilə almaq mümlündür bu isə Qazaxıstanın Milli bankı tərəfindən təyin edilmiş valyuta dəhlizinin aşağı göstəricisinə müvafiqdir.
Ekspertlərin fikrinə görə, Qazaxıstanda rubl və yuanın kursunun düşməsi səbəbindən təngənin də ucuzlaşacağı ehtimalı üzündən əhali xarici valyutanı fəal şəkildə satın alır.
Agebtliyin xəbər veridiyi kimi çərşənbə günü Almatı, Astana və bir sıra digər şəhərlərin mübadilə məntəqələrində və bank ofislərində əvvəlki günə nisbətən 188 təngə/1 dollar olan kursdan təngənin kursu 5% ucuzlaşıb.
Bəzi şəhərlərdə mübadilə məntəqələri işi dayandırıblar.
19 avqusta olan rəsmi kurs 188,35 təngə/1 dollard və 208,56 təngə/1 avrodur.