Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qazaxıstanda qalmaqallı məhkəmə başa çatdı: Arvadını xüsusi amansızlıqla qətlə yetirən nazirə hökm oxundu
Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəmə prosesi başa çatıb.
Astananın cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsinin sədri Ayjan Kulbayeva keçmiş nazirin cinayət işi üzrə hökmü elan edib.
Kuandıq Bişimbayev “xüsusi amansızlıqla qətlə yetirmə” maddəsi ilə təqsirli bilinərək 20 il, “işgəncə” maddəsi ilə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalara qismən əlavə edilməklə, yekun qərar olaraq ciddi rejimli müəssisədə çəkməklə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən gecə Astanada yerləşən və Kuandıq Bişimbayevin sahibi olduğu “Bau” restoranında baş verib. Arvadı Saltanat Nukenovanı uzun müddət ərzində şantaj edərək ayrılmasına imkan verməyən Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri ona saatlarla işgəncə verib və nəticədə döyərək öldürüb.
Üstəlik, təcili tibbi yardım əvəzinə falçıya zəng edib və arvadının ölüb-ölmədiyini soruşub. Beləliklə də, qadını xilas etmək mümkün ikən onu bilərəkdən ölümə tərk edib.
Mənbə: “Sputnik” Qazaxıstan
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Nişan günü qan töküldü: Arvadının başını kəsdi - Ötən gün baş verən qətlin TƏFƏRRÜATI
- Gəncədə QƏTL: Orta yaşlı kişi BIÇAQLANDI
- Ağstafada 18 yaşlı qadın öldürüldü - Həyat yoldaşı saxlanıldı
- Türkiyədə arvadını qətlə yetirən şəxsdən dəhşətli etiraf: "Oğlumun şalvarı ilə boğdum"
- Əri Bənövşəni qətlə yetirməmişdən əvvəl oğlunun gözü önündə çilçıraqdan asıbmış
Rəylər