Qazaxıstanın paytaxtı Astanada sirk şousu zamanı akorbat ehtiyatsızlıq edərək hündürlükdən yerə çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Ağır xəsarət alan akorbat həmkarlarının köməyi ilə sirk meydançasından çıxarılıb.
Kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulan qadının vəziyyətinin kritik olduğu bildirilir.