Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qazaxıstanda yüzdən çox qırıcı və bombardımançı təyyarə satışa çıxarılıb
Qazaxıstanda yüzdən çox sovet istehsalı olan qırıcı və bombardmançı təyyarə, eləcə də təyyarə mühərrikləri hərraca çıxarılıb. Dövlət əmlakının satışı üzrə elektron platformada müvafiq elanlar yerləşdirilib.
Satışın başlanması oktyabrın 26-na planlaşdırılır. Almatı, Abay, Qaraqanda və Çimkent vilayətlərində yerləşən respublikanın hərbi hissələrinə məxsus 117 təyyarə “ləğvetmə şərtləri” ilə satışa çıxarılıb. Bunlar, əsasən, 1970-80-ci illərdə istehsal olunmuş “MiQ-31”, “MiQ-27”, “MiQ-29” və “Su-24”lərdir.
Qeyd edək ki, hesabatlarda qiymətləndirilən obyektlərin köhnəldiyi üçün yararsız vəziyyətdə olduğu, onların modernləşdirilməsinin iqtisadi cəhətdən mümkün olmadığı göstərilir. Hesabata görə, obyektlər balans sahibinin ərazisində utilizasiya vasitəsilə sərəncam verilməklə ləğv edilməlidir.
“Qiymətləndirilən obyektlərin texniki vəziyyəti və unikallığı nəzərə alınmaqla onlardan başqa məqsədlər üçün, o cümlədən ehtiyat hissələri mənbəyi kimi istifadə edilməsi mümkün deyil”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS
Rəylər