Moskvanın Dior şöbəsi “Qazprom”da çalışan xadimənin oğurlanan çantasının dəyərinin 26 min dollardan ibarət olduğunu bəyan edib, “360 Podmoskovye” telekanalı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu aksesuar timsahın qara və göy dərisindən kombinə edilib və gümüşü işləmələri olub. Həmin çanta 2015-ci il payız-qış mövsümündə moda evinin Parisdə keçirilən dəfiləsində əsas aksesuar olub. Çantanı yalnız Dior butiklərindən almaq olar, Moskvada belə model hal-hazırda yoxdur.
Telekanal qarətçilərin çox güman ki, məhz bu çantanı oğurlamaq istədiklərinə dair məlumat yayıb.
Daha öncə, məlumat yayılmışdı ki, yanvar ayının 12-də 44 yaşlı xadimənin “Mitsubishi Outlander” yolsuzluq avtomobili Yeni Moskvada yerləşən “Rumyantsevo” biznes-mərkəzinə məxsus parkinqin ərazisində olub.
Qadın maşını parkinqdə üç dəqiqəlik saxlayıb, qayıtdıqda isə maşının qapısının açıq olduğunu görüb. Maşının salonundan timsah dərisindən hazırlanmış çantası, bank kartları və sənədləri yox olub.
Çantanın 300 min rubl dəyərində olduğu qeyd edilmişdi. Qadın qarət olunduğu barədə polisə ərizə yazıb.