Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qəzaya uğramış təyyarənin pilotları ilə bağlı istintaq başlandı
Türkiyənin İstanbul şəhərində “Sabiha Gökçen” hava limanında qəzaya uğramış təyyarənin iki pilotu haqqında istintaq başlayıb.
Bu barədə “Hürriyet” xəbər yayıb.
Bildirilir ki, pilotlar müalicədən sonra ifadə vermək üçün polis idarəsinə aparılacaqlar.
“Anadolu Respublika Baş Prokurorluğu hər iki pilot haqqında birdən artıq insanın ölümünə və yaralanmasına səbəb olduqları üçün “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə istintaq başladıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gecə İstanbulun “Sabiha Gökçen” hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində qəza baş verib.
Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.
Rəylər