Qırğızıstan parlamenti ölkə konstitusiyasına dəyişikliklər etmək üçün 2016-cı ilin dekabrın 11-də referendum təqdim edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, dəyişiklik ölkənin baş nazirinin səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutur.
Oktyabrın 26-da Qırğızıstan prezidenti Almazbek Atambayev hökumətin istefasına dair fərman imzalayıb.
N.O.
www.oxu.az