İnternetdə alt paltarda fotoşəkillərini paylaşan qızını anası kəmərlə döyüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, buna səbəb 12 yaşlı qızın Facebook-da açıq-saçıq şəkillərini yayması olub. Trinidad Tobaqoda 12 yaşlı qızının cib telefonunda cinsi məzmunlu mesaj görən ana dəhşətə gəlib.
Qızının Facebook səhifəsindəki alt paltarda fotoşəkillərinin yayımladığını bildikdən sonra isə kəmərlə onu döyərək cəzalandırıb.
Facebook-da paylaşılan görüntülərdə ananın kəmərlə qızına qışqırdığı və döydüyü görünür. Helen Bartlett adlı ananın qızını döymə səbəbi, 12 yaşlı qızının rəfiqəsinə cinsi əlaqə təklif etməsi və Facebook-da paylaşdığı açıq-saçıq fotoşəkillər olub. Videonun Facebook-da paylaşılmasından sonra minlərlə istifadəçi qızın anasına mənfi reaksiyalar verib.
Reaksiyalara cavab verən Bartlett məqsədinin qızını qorumaq olduğunu ifadə edib. Ərinin 4 uşağıyla onu tərk etdikdən bəri qızlarını idarə etməkdə çətinlik çəkdıyini və onları qorumaq üçün belə etdiyini ifadə edib.