ABŞ-nin İrana qarşı hazırladığı yeni sanksiyaların təfərrüatının açıqlanması ərəfəsində neftin ucuzlaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:05-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.31 dollar (1.39%) azalaraq bir barel üçün 93.08 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.61 dollar (0.65%) bahalaşaraq bir barel üçün 94.39 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.42 dollar (1.63%) ucuzlaşaraq bir barel üçün 85.64 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.23 dollar (0.26%) artaraq bir barel üçün 87.06 dollara satılmışdı.