Rusiyada sarımsaq və zəncəfilin idxalında kəskin artım qeydə alınıb.
Bu barədə REN.TV “Rospotrebnadzor”a (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) istinadən xəbər yayır.
“2020-ci il aprelin 1-dən 6-dək Rusiyaya 2,4 min ton təzə zəncəfil idxal edilib. Bu idxalın həcmi keçən ilin bu vaxtı ilə müqaisədə 12 dəfə çoxdur”, - deyə bildirilir.
Eyni zamanda, son zamanlar özünütəcrid rejimində olan Rusiyaya keçən illə müqaisədə iki dəfədən çox, yəni 2,5 min ton sarımsaq gətirilib.