Rusiya Prezidenti Vladimir Putin RF vətəndaşlığını əldə etməyi sadələşdirən qanunu imzalayıb.
“Meduza”nın məlumatına görə, müvafiq sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Sənəd əcnəbilərə əvvəlki vətəndaşlıqlarından imtina etmədən Rusiya vətəndaşlığını qəbul etməyə imkan yaradır.
Bundan əlavə, Belarus, Qazaxıstan, Moldova və Ukrayna vətəndaşları Rusiyada beş il yaşamadan Rusiya vətəndaşlığını ala bilərlər.
Rusiya vətəndaşları ilə evlənən və ya bu ölkədə daimi yaşayan əcnəbilər sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər.