Həkimlər SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun müayinəsini artıq cümə günü başa çatdıracaqlar və ola bilsin o, bu gün yaxud gələn həftə adi qrafikinə qayıda biləcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Mən indicə onunla danışdım. Müayinəni bu gün bitərəcəklər və o gələn həftə, bəlkə də elə bu gün adi qrafikinə qayıdacaq”, - deyə, Qorbaçov-fondun beynəlxalq əlaqələr və mətbuatla əlaqələr şöbəsinin rəhbəri Pavel Palajçenko bildirib.
23:49 (09.10.2014)
SSRİ-nin sabiq prezidenti, Nobel mükafatı laureatı Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
Oxu.Az ANS PRESS-ə, bu barədə Qorbaçovun özü Rusiya mətbuatına açıqlama verib.
Sabiq prezident bildirib ki, onun vəziyyəti dünəndən pisləşib.
“Son 7 gündə mənim vəziyyətim gah yaxşı olurdu, gah da pisləşirdi. İndi mən xəstəxanadayam. Vəziyyətim kəskinləşib. Nəzarət altındayam. Bütün bədənim sistemə qoşulub. Çox ağır haldayam”, deyə Qorbaçov bildirib.
Qeyd edək ki, son vaxtlar Qorbaçovun vəziyyəti tez-tez pisləşir. Hətta bir müddət əvvəl sosial şəbəkələrdə onun öldüyü barədə xəbərlər də yayılmışdı.