Aktrisa və Monakonun knyaginyası Qreys Kellinin nəvəsi Şarlotta Kaziraqi aktrisa karol Bukenin oğlu, kinoprodüser Dimitri Rassama ərə gedib.
Bu barədə Oxu.Az “Fox News”-a istinadən xəbər verir.
Bildirilir ki, mərasim Monakoda baş tutub.
2017-ci ildən görüşən cütlüyün Baltazar Rassam adlı altıaylıq oğlanları var.
Amerikalı aktrisa Qreys Kelli knyaz III Renye ilə ailə qurmaqla Monakonun onuncu knyaginyası olmuşdu. Cütlüyün üç övladı dünyaya gəlmişdi.
Fransız aktrisası Karol Buke isə geniş kütləyə “Bondun sevgilisi” kimi tanışdır.
Qreys Kelli və Monakonun knyazı III Ranye
Aktrisa Karol Buke
Şarlotta Kaziraqi və Dimitri Rassam
Rəylər