Çeçenistanın paytaxtı Qroznıda ilk dəfə qadınlar üçün çimərlik açılıb, Oxu.Az TASS-a istinadən xəbər verir.
Çimərlik “Qroznı dənizi”i sahilində, “Laquna” istirahət mərkəzinin ərazisində yerləşir.
Xidməti personal bütövlüklə qadınlardan ibarətdir. Buraya yalnız 12 yaşa qədər olan oğlan uşaqları girə bilərlər.
“Qadınların istirahəti üçün burada hər cür şərait yaradılıb. Körpələr üçün uşaq meydançası tikilib”, - istirahət mərkəzinin administratoru Patimat Ağayeva qeyd edib.
www.oxu.az