Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qvardiola terrorizmi dəstəkləməkdə şübhəli bilinir
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Kataloniyanın müstəqilliyini müdafiə edən “Demokratiya sunamisi” hərəkatı ilə əməkdaşlıqda şübhəli bilinir.
İspaniyada hüquq-mühafizə orqanları terrorizmdə ittiham olunan “Demokratiya sunamisi” hərəkatı barəsində araşdırma aparır. Qvardiolanın hərəkata dəstək verdiyi və videoçarxın çəkilişində iştirak etdiyi qeyd edilir.
İspaniyanın Mülki qvardiyasının hesabatında “Mançester Siti”nin baş məşqçisinin tərəddüd etmədən bu işdə iştirak edənlərə kömək etməyə qərar verib.
“O, tərəddüd etmədən “Demokratiya sunamisi”nə səs verərək, onların tələblərinə qoşulub və Kataloniya əhalisini qanunun aliliyinə qarşı üsyana çağırıb”, - deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, Qvardiola Kataloniya bölgələrindən birində dünyaya gəlib.
Məşqçi Kataloniyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən tədbirlərdə iştirak edir.
Mənbə: gazeta.ru
Rəylər