Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ramzan Kadırovun 21 yaşlı qızı Çeçenistan Mədəniyyət nazirinin birinci müavini təyin edilib
Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızı Ayşad Kadırova ölkənin Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Bununla bağlı Ramzan Kadırov öz “Telegram” kanalından açıqlama verib.
“Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə böyük ciddilik və məsuliyyətlə yanaşacaqdır. Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Bu yolda ona uğurlar arzulayıram”, - deyə R.Kadırov yazıb.
Kadırov onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də vurğulayıb.
Qeyd edək ki, Ayşad Kadırovanın 21 yaşı var. O, Çeçenistan Dövlət Universitetində İqtisadiyyat təhsili alıb. Bundan əlavə, xanım Kadırova Qurani-Kərim hafizidir.
Rəylər