Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəsmi Ankaradan qondarma “erməni soyqırımı” qərarına - SƏRT REAKSİYA
ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini rədd edirik.
Oxu.Az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Bəyanatda bildirilib ki, daxili siyasət motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur.
“Barış pınarı” əməliyyatının qarşısını ala bilmədikləri üçün məyus olanlar bu şəkildə ölkəmizdə qisas alacaqlarını düşünürsə, səhv edirlər. Bu qərarın Türkiyə hökuməti və xalqı qarşısında heç bir etibarı və müddəası yoxdur. Bu qərarın heç bir hüquqi əsası yoxdur.
Məclislərin siyasi əhval-ruhiyyəsinə görə tarixi formalaşdırmağa çalışmaqdan daha ciddi bir səhv ola bilməz. Qərar, eyni zamanda, 1948-ci il Soyqırımın qarşısının alınması haqqında Konvensiyanın müddəalarına, eləcə də ABŞ qanunlarına və beynəlxalq hüquqa ziddir.
Beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırımı” olaraq təyin edən heç bir qətnamə yoxdur. Sözügedən dövrdə baş verən hadisələr siyasətin deyil, tarix elminin sahəsidir.
Türkiyə və ABŞ arasındakı müttəfiqlik bağının və dostluq əlaqələrin davamına dəstək verən amerikalı dostlarımızın bu dəhşətli səhvi araşdıracağını və məsullarının ABŞ xalqının vicdanında mühakimə ediləcəyinə inanırıq”.
Türkiyə XİN-in ikinci bəyanatı isə ABŞ Nümayəndələr Palatasında qəbul edilən sanksiyalarla bağlı olub.
“Barış pınarı” əməliyyatı səbəbilə oktyabrın 29-da Türkiyəyə qarşı ABŞ Nümayəndələr Palatasında sanksiyaların qəbulunu nəzərdə tutan qanun layihəsini şiddətlə qınayırıq.
Türkiyənin yüksək vəzifəli məmurlarını və Silahlı Qüvvələrini hədəf götürən layihə NATO çərçivəsində müttəfiqlik Ankaranın Vaşintqonla münasibətlərinin ruhuna uyğun deyil və ABŞ rəhbərliyinin Suriya ilə bağlı 17 oktyabrda əldə etdiyi razılaşmaya ziddir.
Son günlər müttəfiq bir ölkə ilə terror təşkilatı arasındakı fərqi görməməzlikdən gələn açıqlamalara və hərəkətlərə yol verən ABŞ rəsmiləri birtərəfli sanksiya təhdidləri ilə bir yerə çata bilmədiklərini görməlidirlər.
ABŞ Konqresini münasibətlərimizin mahiyyətinə aid olmayan daxili siyasi məsələlərini həll etməyə, ittifaq və tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə hərəkət etməyə və münasibətlərimizə daha da zərər verə biləcək addımların qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq”.
Rəylər