Ermənistanın ikinci prezidenti Robert Köçəryanın anası Emma Ohanyanla vida mərasimi avqustun 18-də Xankəndində olacaq.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə Robert Köçəryanın ofisi məlumat yayıb.
Dəfn mərasimi avqustun 19-da saat 12-də Xankəndinin şəhər qəbirstanlığında baş tutacaq.
Qeyd edək ki, Robert Köçəryanın anası avqustun 16-da 89 yaşında vəfat edib.
www.oxu.az