Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rocer Uoters: “ABŞ hökuməti Assanjı gizli şəkildə öldürə bilər” - FOTO/VİDEO
“ABŞ hökuməti “Wikileaks”in qurucusu Culian Assanjı öldürə bilər”.
Bunu Vaşinqtonda Assanjın ekstradisiyasına qarşı keçirilən mitinqdə “Pink Floyd” rok qrupunun yaradıcısı Rocer Uoters deyib.
“Culian hələ də Belmarş həbsxanasındadır, ABŞ-a ekstradisiya olunmaq yolundadır. ABŞ hökuməti onu gizli şəkildə öldürə bilər”, - deyə Uoters bildirib.
Onun sözlərinə görə, Assanjın məhkəmə işi siyasi mülahizələrə əsaslanır.
Musiqiçi əlavə edib ki, artıq bu işi Avropa İnsan Haqları Məhkəməsinə göndərmək lazımdır.
Uoters həmçinin ABŞ-ın baş prokuroru Merrik Qarlanddan düzgün davranmasını və Assanjı azad etməsini istəyib.
Today @rogerwaters spoke out outside the DOJ to call on Merrick Garland to free @wikileaks publisher Julian Assange.
— Ford Fischer (@FordFischer) August 17, 2022
"All you can do is keep doing what you're doing. Never, ever shut up," he told anti-war and pro-Assange activists.
"Free Assange!" pic.twitter.com/L5kEQyfF18
Mənbə: iz.ru
Rəylər