Katolik aləminin lideri Papa Fransisk Ermənistanın katolikosu II Qaragenlə görüşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, görüş Vatikanda baş tutub.
Daha öncəki görüşlərdə “soyqırım” ifadəsi işlədən Papa bu dəfə 1915-ci il hadisələrini “faciəvi hadisə” adlandırmaqla kifayətlənib.
Vatikanın mətbuat xidmətinin yaydığı məlumata görə, ruhani liderlər ötən əsrin əvvəllərində baş verənlər barədə də müzakirələr aparıblar. Öz açıqlamalarında Papa “soyqırım” ifadəsindən əsla istifadə etməyib:
“Ötən əsrdə qan tökənlərin sayı ilk yüzilliklərdən daha çoxdur”.
Əsl adı Mario Jorge Bergoglio olan Papa Bueynos Ayres kardinalı olan zaman 2006-cı ildə 1915-ci il hadisələri zamanı ermənilərlə bağlı mərasimi idarə edib. Bergoglio burada erməni soyqırımı iddialarını qəbul etməsi üçün Türkiyəyə çağırış edib.
O, hətta Papa seçildikdən sonra erməni patriarxı Nerses Bedrosu qəbul edib və görüş zamanı 20-ci əsrin ilk “soyqırımı”na ermənilərin məruz qaldığını da deyib.