Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Ronaldunun nişanlısı xəstəxanaya yerləşdirilib](https://images.oxu.az/2024/10/25/2uOujqToTNfSxsl3JrZ7H9777wqVvvDjRZIoa6Rp:1200.jpg)
Ronaldunun nişanlısı xəstəxanaya yerləşdirilib
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun nişanlısı model Corcina Rodriges xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə model "Instagram" səhifəsində məlumat verib.
O bildirib ki, pnevmoniyaya görə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda xəstəxanaya yerləşdirilib və dörd gün sonra evə qayıdıb. Model həkimlərə təşəkkürünü bildirib.
Xatırladaq ki, Ronaldu və C.Rodriges 2018-ci ildə nişanlandıqlarını açıqlayıblar. Futbolçu Corcina ilə Alana Martina və Bella Esmeralda adlı qızları, həmçinin surroqat analardan dünyaya gələn - Kriştianu, Eva və Mateo adlı üç uşaq böyüdür.
Rəylər