Rusiyanın “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) reyestrinə əsasən, “Meduza”, “Azadlıq radiosu”, BBC Rusiya xidmətinə giriş məhdudlaşdırılıb.
Rusiya Federasiyası Baş Prokurorluğunun 24 fevral 2022-ci il tarixli qərarı ilə səhifələrə girişin məhdudlaşdığı bildirilir.
Məhdudiyyətə əsas kimi “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” Qanunun 15.3-cü maddəsi göstərilir. Nəşrlər “iğtişaşlara, ekstremizmə və qanunsuz kütləvi aksiyalarda iştiraka çağırışları ehtiva edən” internet resurslarının reyestrinə daxil edilib.
Mənbə: RİA Novosti