İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə proqramına dair razılıq əldə edildikdən sonra İran dünyada təhlükə kimi qəbul edilməyəcək, Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
“Heç kim deyə bilməz ki, İran mühasirədədir. Saziş İranın hüquqi, texniki və siyasi qələbəsi oldu.
Nailiyyət isə ondan ibarətdir ki, İranı daha dünya üçün təhlükə adlandırmayacaqlar”, - Ruhani Nazirlər kabinetinin iclasında bildirib.