Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ruhani lider: İnternet Tanrının bir lütfüdür
Katoliklərin ruhani lideri Papa Fransis internetin insanların bir araya gəlməsində böyük imkanlar yaradan Tanrının bir lütfü olduğunu ifadə edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ruhani lider ünsiyyət günü səbəbilə yayımladığı mesajında , “İnternet insanları görüşdürmək və birlik yaratmaq baxımından böyük imkanlar təqdim edir. Bu yaxşı haldır və Tanrının bir lütfüdür” - deyib.
Papa sağlam ünsiyyətin insanları bir-birinə yaxınlaşdırmaqda daha təsirli ola biləcəyini vurğulayaraq, sözlərinə belə davam edib:
“İnternetlə əlaqələr bizim inkişaf etməyimizi təmin edə də bilər, yolumuzu çaşdıra da bilər”.