Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində yaralananların sayı 58-ə yüksəlib.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi “Facebook” sosial şəbəkəsində açıqlama yayıb.
“Dımbovitsa judetsinin Krevediya şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib, nəticədə 58 nəfər xəsarət alıb, onlardan biri (infarktdan, yanıqsız olub) ölüb”, - müfəttişlik diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin 43 əməkdaşı xəsarət alıb, onlardan 39-u yanğınsöndürən, ikisi polis, daha ikisi isə jandarm əməkdaşıdır.
54 nəfər tibb müəssisələrinin müxtəlif şöbələrinə yerləşdirilib, onlardan 10-u intubasiya olunub.
02:51
Rumıniyanın Dımbovisa regionun Krevedia kəndində yanacaqdoldurma məntəqəsində baş vermiş iki güclü partlayış nəticəsində azı bir nəfər ölüb, 46 nəfər insan yaralanıb.
Bu barədə Rumıniya radiosu məlumat yayıb.
Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, yeddi nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb.
O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.
Mənbə: TASS