Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İzvestiya qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır.
Nəşr qeyd edir ki, belə bir addıma ABŞ-ın ölkədəki Rusiya səfirliyinə məxsus mülkiyyətə 2016-cı ilin dekabr ayında qoyulan həbsi götürməməsi səbəb olub.
Bu məsələ Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın görüşündə də həllini tapmayıb.
S.B.
www.oxu.az