2015-ci ilin 30 sentyabr tarixində Rusiyanın Federal Məclisinin Federasiya şurası Rusiya Hərbi qüvvələrinin Suriyada istifadəsini yekdilliklə qəbul edib.
Dünən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşmiş Rusiya aviasiyası Suriyada olan İslam Dövlətinin mövqelərinə ilk zərbələrini endirib.
Oxu.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası Suriyada “İŞİD” obyektlərinə zərbə endirilən əməliyyat çərçivəsində 20-yə yaxın uçuş həyata keçirib.
Zərbələrin rəsmi videoyazısı (Su-24M təyyarəsindən) Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb:
E.Ə.
www.oxu.az