Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 1 245 hərbçisinin cəsədini Kiyevə təhvil verib.
Oxu.Az bu barədə Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahına istinadla xəbər verir.
Ümumilikdə Ukrayna İstanbul razılaşmaları çərçivəsində 6 057 hərbçisinin cəsədini alıb.
Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK-ya bildirib ki, bu, cəsədlərin təhvil verilməsinin dördüncü mərhələsidir.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski öz növbəsində deyib ki, Rusiya İstanbulda əldə olunan bütün humanitar razılaşmaları yerinə yetirib və 6 060 Ukrayna hərbçisinin cəsədini təhvil verib:
"Rusiya tərəfi yekunda həlak olmuş 78 hərbçinin cəsədini alıb. Əsirlərin mübadiləsi davam edir".