Dövlət Dumasının deputatları Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə cümə günü amnistiya elan ediblər.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Dövlət Dumasının qanunvericilik üzrə profil Komitəsinin rəhbəri Pavel Kraşeninnikovun fikrincə, amnistiya 350-400 min nəfərə şamil edilə bilər.
Daha öncə o, jurnalistlərə əfv haqqında fərmanın artıq cümə günü dərc ediləcək və həmin andan qüvvəyə minəcəyini demişdi.