Moskva Donesk və Luqansk vilayətlərində referendumda əhalinin iştirakının davamiyyətinin yüksək olduğunu, eləcə də bu regionların sakinlərinin öz istəklərini ifadə etmələrinə hörmətlə yanaşdığını qeyd edib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
“Rusiyada Ukraynanın Donesk və Luqansk vilayətlərində referendumun hazırlanmasına və keçirilməsi diqqətlə müşahidə edilirdi. Səsverməyə mane olmaq istəyənlər olsa da davamiyyətin yüksək olduğu qeyd edildi”.
Bununla yanaşı, Kreml güc tətbiq etməyə, o cümlədən “insan tələfatına gətirib çıxaran, ağır silahlardan istifadə etməyə” qarşı çıxış etdi.
“Moskva Donesk və Luqansk vilayətlərində əhalinin öz iradəsini ifadə etməyinə hörmətlə yanaşır, referendumun nəticələrinin praktiki realizə prosesi Kiyev, Donesk və Luqansk nümayəndələrinin dialoqu ilə sivil yolla həyata keçəcəyi baxımından çıxış edir”, - RF prezidentinin mətbuat xidmətində qeyd edilib.
Rusiya bu dialoqun tənzimlənməsi istiqamətində “istənilən vasitəçilik səyləri”ni, “o cümlədən ATƏT-in xətti ilə” alqışlayacaq.