Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya Ermənistana iki variant təklif etdi: "Ya Avrasiya, ya da Avropa İttifaqı"
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqına (Aİ) namizədlik prosesinə başlaması haqqında qanunun qəbulunu şərh edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
"Biz əminik ki, eyni vaxtda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı kimi iki əks birlikdə olmaq mümkün deyil... Harada olmağın daha yaxşı olduğuna rəsmi İrəvan qərar verəcək", - deyə Qaluzin bildirib.
O əlavə edib ki, Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, Aİ isə anti-Rusiya rəvayətlərinə tabe olan "çomaq" nizam-intizamlı bir strukturdur.
Qaluzin qeyd edib ki, o, Aİİ üzvlüyünün bütün üstünlüklərinin Ermənistan cəmiyyətinə izah ediləcəyinə ümid edir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan: "İrəvan Avropaya inteqrasiya kursunu davam etdirməyə hazırdır"
- Ermənistan Təhlükəsizlik Şurasının katibi İrana səfər edəcək
- Robert Koçaryanın oğlu Ermənistan parlamentində dava saldı
- Stiv Uitkoff: "Azərbaycan Avraam razılaşmalarına qoşula bilər"
- Ararat Mirzoyanı döyməkdə təqsirləndirilən şəxsə hökm oxundu