Rusiya Müdafiə Nazirliyinin keçirdiyi təlimləri çərçivəsində Rusiyanın Baltik donanmasının hərbi birləşmə və bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb, 40-a yaxın gəmi Xəzər dənizində şərti düşmənə atəş açacaq, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Həştərxan və Mahaçqala daimi baza məntəqələrindən Xəzər dənizinə 40-a yaxın hərbi və yardım gəmisi buraxılıb <…> taktiki gəmi heyət qrupları müxtəlif hədəflərə raket və artilleriya atəşi açmağa hazırdır”, - məlumatda deyilir.
Ümumilikdə tədbirə 3 minə yaxın hərbçi və 120-dən çox hərbi texnika cəlb edilib.