Rusiya qoşunları Donetsk vilayətinin Lipovoe yaşayış məntəqəsini nəzarət altına alıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Aktiv və qətiyyətli hərəkətlər nəticəsində "Qərb" qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Lipovoe yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər", - deyə nazirlikdən bildirilib.