Rusiya Müdafiə Nazirliyi öz rəsmi saytında və sosial şəbəkələrdə Moskvada 9 May Qələbə paradında iştirak edəcək yeni və perspektiv hərbi texnika nümunələrinin görüntülərini yayıb.
Oxu.Az xəbər verir ki, hərbi idarənin saytında “Armata” tankı, “Armata” piyadaların döyüş maşını, “Koalisiya-SV” özüyeriyən artilleriya qurğusu, “Kornet-D” hərəkətli tank əleyhinə raket kompleksi, “Kurqanets-25” piyadaların döyüş maşını və “Kurqanets-25” zirehli transportyorunun görüntüləri yerləşdirilib.