Rusiya hərbçiləri Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu dəfə Tarasovka nəzarətə götürülüb. Vurğulanır ki, əməliyyatı "Cənub" qruplaşmasının bölmələri həyata keçirib.
Xatırladaq ki, dünən Rusiya ordusu Suxaya Balkanı ələ keçirmişdi.