Son sutka ərzində Rusiya ordusunun hərbçiləri Donetsk vilayətinin Nelepovka qəsəbəsinə nəzarəti ələ keçiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin məlumatına görə, qəsəbə Rusiya Silahlı Qüvvələrinin Cənub Qrupunun bölmələri tərəfindən nəzarətə götürülüb.