Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasında miqyaslı komanda-qərargah təlimləri başlayıb, təlimlər həftənin sonuna qədər davam edəcək.
Oxu.Az “Medimaksa”a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələrinin Cənubi hərbi regionun mətbuat xidmətinin məlumatında bildirilib.
Təlimlərdə 200 ədəddən çox hərbi texnika və 600 hərbçi iştirak edir.
Alaqəz və Kamxud tədris-təlim komplekslərində keçirilən təlimlərdə tanklar, piyada hərbi maşınları, bronetransportyorlar və artilleriyadan istifadə edilir.
Təlimin mərhələlərini PVO BUK-М1-2 və S-300V, eləcə də MiQ-29 təyyarələri dəstəkləyəcək.
Təlimlərə həmçinin pilotsuz uçan aparatların eskadrilyası da cəlb edilib.
“Bu qəbildən olan tədbirlər ildə iki dəfə keçirilir, məqsəd bütün kateqoriyalardan olan və hərbi xidməti Rusiya Federasiyasının hüdudlarından kənarda keçən rusiyalı hərbçilərin hazırlığı və kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Ermənistan Respublikasının təhlükəsizliyini təmin edən real sistemin yaradılmasıdır”, - Cənubi hərbi vilayətin mətbuat xidmətindən bildiriblər.
Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən 102-ci hərbi baza yerləşir, bu hərbi baza MDB Hava Müdafiə Sistemi Birlikləri çərçivəsində hərbi növbədədir. Baza Rusiyanın Cənubi Zaqafqaziyada yerləşən Rusiya qoşunları qrupuna təhkimdir.