Martın 7-də səhər saatlarından Rusiya qoşunları Ukraynanın Nikolayev şəhərini reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar.
Sakinlər bildirirlər ki, partlayış səsləri iki istiqamətdən şəhərin bütün rayonlarında eşidilib.
Daha əvvəl şəhər rəhbərliyindən bildirilmişdi ki, Nikolayev üçün ən çox ehtiyac duyulan yardım dəbilqə və gülləkeçirməz jiletlərdir. Qeyd edilib ki, rusiyalılar şəhəri hər tərəfdən mühasirəyə alıblar.
Mənbə: UNİAN