Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin 60 yaşayış məntəqəsinə mindən çox zərbə endirib. Nəticədə iki nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən əyalətin hərbi administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" hesabında məlumat yayıb.
Bundan əlavə, Rusiya hərbçiləri Xerson vilayətinə də PUA-larla hücum ediblər və nəticədə iki nəfər həlak olub. Bu barədə isə Xerson rəsmiləri məlumat veriblər.
Qaynar xətt:
(055) 224 12 12