Rusiya Qazaxıstanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başlayır.
RF strateji təyinatlı raket qoşunları hərbçilərinin və hərbi aviasiyanın cəlb edildiyi manevrlərdə dörd min nəfər və 400-ə yaxın hərbi texnika iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti, Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının nümayəndəsi mayor Dmitri Andreyevə istinadən bildirib.
Onun sözlərinə görə, MiQ-31 qırıcıları və Su-24MP kəşfiyyatçıları istifadə ediləcək.
Barnaul raket birləşmələrinin komanda-qərargah təlimləri hazırlıq planına uyğun olaraq keçiriləcək.
Hərbçilər “təxribatçılara və yüksək dəqiqlikli silaha qarşı” mübarizəni eləcə də “fəal radioaktiv təzyiq şəraitində hərbi tapşırıqların yerinə yetirilməsi”ni mənimsəyəcəklər.
Düşmən qrupunun imitasiyası üçün xüsusi təyinatlı dəstələri cəlb etmək planlaşdırılıb.