Avqustun 6-da axşam və avqustun 7-də səhər Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün yük daşıyan üç gəmiyə zərbə endirib.
Oxu.Az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Qara dəniz akvatoriyasında PUA (Pilotsuz Uçuş Aparatı - dron) vasitəsilə endirilən zərbələr nəticəsində hərbi yük daşıyan üç quru yük gəmisi vurulub", - deyə məlumatda bildirilib.
Qaynar xətt:
(055) 224 12 12