Rusiya hərbçiləri Suriyada təyinatı aviasiya radarlarını məhv etmək və pilotsuz aparatlara müqavimət olan “Krasuxa-4” radioelektron mübarizə komplekslərini yerləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu, “Zvezda” teleradio şirkətinin saytında yerləşdirilmiş videoyazıdan görünür.
Suriyanın Hmeyim aerodromunda hərbi tapşırıqdan dönən Rusiyanın hücum təyyarəsi Su-25-in enməsinin əks olunduğu videoyazıda arxa planda (00:06 saniyədə) xarakterik antena qurğuları olan maşın görünür.
Müqayisələr bunun 1RL257 “Krasuxa-4” olduğunu göstərir. Bu sistemlər KRET konsernində hazırlanıb, Bryansk elektromexaniki zavodda istehsal edilir.
“Krasuxa”lar geniş diapazonlu maneə stansiyalarıdır, və təyinatı aviasiya radarlarını məhv etmək və pilotsuz aparatlara müqavimətdir.