Rusiyanın Krasnodar şəhərində olan reklam lövhələrinin, ictimai nəqliyyat avtobuslarının şüşələri “Z” simvolikası ilə bəzədilib.
Məlumat şəhər sakinləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, son günlərdə Ukraynadakı əməliyyatlara cəlb edilən Rusiya hərbi texnikalarının üzərində yazılan “Z” hərfi ciddi müzakirələrə səbəb olub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi “Instagram” səhifəsində isə “Z” və “V” hərflərinin mənası aşağıdakı kimi təqdim olunub:
“Z” – “Za pobedu” (Qələbə üçün);
“V” – “Sila v pravde” (Güc həqiqətdədir)
Mənbə: “Ostorojno.novosti” “Telegram” kanalı