Rusiya Federasiyası hərbi gücünü Ukrayna sərhəddinə cəmləşdirməyə davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün, avqustun 11-də mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik-informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.
Onun sözlərinə görə,11 avqust üçün sərhəd rayonlarda 45 minlik Rusiya qoşunlarının qruplaşması cəmlənib. Hərbi texnikadan isə 160 tank, 1360 hərbi zirehli maşın, 390 artilleriya sistemi, 150 “Qrad” qurğusu, 192 döyüş təyyarəsi və 137 helikopter var.
Bundan başqa, spiker, bu gün Pskov vilayətində növbəti RF hava-desant qoşunlarının təlimlərinin başlandığını qeyd edib, bu təlimlərdə 3000 hərbçi iştirak edəcək, eləcə də 30-dan çox hərbi-nəqliyyat, döyüş və ordu təyyarəsi və helikopteri cəlb ediləcək.
Öncəki Ukrayna hakimiyyəti, eləcə də NATO Rusiya ordusunun Ukraynaya girməsi riskinin olmasından danışıblar. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynaya “sülhməramlı” adı altında hücum edə bilər.