Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarət altına alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətində Sopıç və Donetsk vilayətində Kaleniki yaşayış məntəqələrini nəzarətə götürüblər.