Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya silahlıları Zmeyinı adasını tərk etdilər - VİDEO
Gecə Ukrayna qoşunları Zmeyinıya hücum edib və bundan sonra rusiyalılar adanı tərk ediblər.
Bu barədə “Pivden” Əməliyyat Komandanlığının “Facebook”dakı səhifəsində bildirilir.
“Gecə saatlarında Zmeyinı adasında raket və artilleriya bölmələrimizin atəşi ilə həyata keçirilən hərbi əməliyyatın növbəti uğurlu mərhələsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalan hərbçilərini tələsik şəkildə təxliyə edib və ehtimal ki, adanı tərk edib”, - deyə məlumatda qeyd edilir.
Bildirilib ki, Zmeyinıda yanğın olub, partlayış səsləri eşidilib.
“Əməliyyatın yekun nəticələri araşdırılır”, - deyə komandanlıq əlavə edib.
Mənbə: UNİAN
"Ukrayna" teqi üzrə xəbərlər
- Qərbin peyk məlumatları üzrə mütəxəssisləri Ukraynanı tərk ediblər
- Səudiyyə Ərəbistanı təsdiqlədi: ABŞ-Ukrayna görüşü Ciddədə baş tutacaq
- Tramp: "Rusiya ilə razılaşmaq Ukraynadan daha asandır"
- Ukraynaya Aİ-nin vahid bazarına üzvlük təklif edilə bilər
- Ukrayna ilk dəfə döyüşdə Fransanın "Mirage" qırıcı təyyarələrindən istifadə etdi