Rusiya martın 1-dən Suriyada atəşkəs rejiminə keçməyi təklif edib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə adı çəkilməyən qərb diplomatına istinadən “Reuters” məlumat yayıb.
Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı hər hansı razılığa gəlinməyib.
O qeyd edib ki, ABŞ təklifin bəzi bəndlərinə dair müəyyən ehtiyatlılıq nümayiş etdirir.
Daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın Suirya üzrə Rusiyanın “konkret sxemini” nəzərdən keçridiyini bəyan etmişdi.