Rusiyanın zərbə aviasiyası Suriyada “İslam dövləti” (İŞİD) yaraqlılarının obyektlərinə zərbə zamanı iki güclü BETAB-500 betondələn bombasından istifadə ediblər.
Oxu.Az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Hava-kosmik qüvvələrinin nümayəndəsi İqor Klimov bildirib.
“Bu gün İŞİD obyektlərinə qarşı zərbə aviasiyası iki betondələn bombasından istifadə edib, hər BETAB-500-ün çəkisi 500 kq-dır”, - polkovnik Klimov bildirib.
“BETAB-500 bombaları xüsusi mühafizə edilən yeraltı bunkerlərin məhv edilməsi üçün tətbiq edilir. Onları şəhərlərə atmırlar”, - Klimov əmin edib.
O, həmçinin bombaların Su-24 bombardmançısı tərəfindən atıldığını da dəqiqləşdirib.