Rusiyada hərbi təlimlərə cəlb olunan şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb
Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov bildirib.
Qeyd edək ki, martın 16-dan 21-dək Rusiyada silahlı qüvvələrin döyüş hazırlığının planlaşdırılmamış yoxlanılması həyata keçirilir. Məlumata görə, təlimlərdə xüsusi diqqət Arktikada həyata keçirilən manevrlərə yönəldilib. (APA)